Futbol üzrə İngiltərə Federasiya Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib. Matc.az xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutub.
 
"Kristal Pelas" doğma meydanda "Everton"u 4 cavabsız qolla məğlub edib. Səfərdə "Sauthempton"la qarşılaşan "Mançester Siti" də növbəti mərhələyə vəsiqəni darmadağınla təmin edib. "Nottingem"lə qarşılaşan "Liverpul"a isə yarımfinala vəsiqə üçün cəmi bir qol lazım olub.
 
Daha öncə "çelsi" də "Midlsbro"nu məğlub edərək yarımfinala yüksəlmişdi.
 
Beləliklə, yarımfinalda "çelsi" "Kristal Pelas"la, "Mançester Siti" isə "Liverpul"la qarşılaşacaq. Bu görüşlərdən biri aprelin 16-da, digəri isə 17-də keçiriləcək.
 
İngiltərə Federasiya Kuboku
1/4 final
 
19 mart
 
Midlsbro – çelsi 0:2
Qol: Lukaku, 15. Ziyeş, 31.
 
20 mart
 
Kristal Pelas – Everton 4:0
Qol: Quehi, 25. Mateta, 41. Zaha, 79. Hages, 87.
 
Sauthempton – Mançester Siti 1:4
Qol: Laporte, 45+2-öz qapısına – Sterlinq, 12. De Bruyne, 62-pen. Foden, 75. Mahrez, 78.
 
Nottingem – Liverpul 0:1
Qol: Jota, 78.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest