Futbol üzrə Fransa çempionatında 29-cu tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə 7 qarşılaşma baş tutub.
 
"Loryan" – "Strasbur" matçında qapılara qol vurulmayıb. Lion "Olimpik"inin "Reyms"lə səfər oyunu da qolsuz başa çatıb.
 
Turlar ötdükcə çempionluğa daha da yaxınlaşan PSJ bu dəfə səfərdə "Monako"nu sınağa çəkib. Amma Paris təmsilçisi bu görüşdə 3 cavabsız qolla məğlub edib.
 
Turun mərkəzi görüşü "Velodrom"da olub. Burada 2-3-cü pillələri bölüşən Marsel "Olimpik"i ilə "Nitsa" münasibətlərinə aydınlıq gətirib. üç qolun qeydə alındığı bu matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
 
"Anje" "Brest"lə ev oyununda minimal hesabla üstün olub. "Monpelye" isə səfərdə "Bordo"ya qalib gəlib. "Renn" də "Mets"lə ev oyununda darmadağına sevinib.
 
Fransa Liqa 1, 29-cu tur
 
18 mart
 
Sent-Etyen – Trua 1:1
Qol: Budebus, 67-pen – Motiba, 18.
 
19 mart
 
Lans – Klermon 3:1
Qol: Danso, 39. Sotoka, 45+3. Haydara, 58 – Raşani, 9.
 
Nant – Lill 0:1
Qol: Onana, 41.
 
20 mart
 
Monako – PSJ 3:0
Qol: Ben Yedder, 25; 84-pen. Volland, 68.
 
Anje – Brest 1:0
Qol: Bufal, 39-pen.
 
Bordo – Monpelye 0:2
Qol: Vahi, 11. Molle, 16.
 
Loryan – Strasbur 0:0
 
Renn – Mets 6:1
Qol: Terrye, 18-pen; 27. Jirassi, 40; 54; 64. Traore, 59 – Mafuta, 87.
 
Reyms – Lion 0:0
 
Marsel – Nitsa 2:1
Qol: Milik, 45+3-pen. Bakambu, 89 – Lemina, 90+1.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest