"Barselona"nın baş məşqçisi Xavi Kataloniya klubunun tarixinə düşüb. Matc.az xəbər verir ki, 42 yaşlı mütəxəssis Kataloniya təmsilçisinin "sükanı arxasında" ilk "el klasiko"sunda 4 top fərqi ilə qələbə qazanan ikinci məşqçi olub.
 
Xavi bu göstərici ilə 1958-1960 və 1979-1981-ci illərdə komandaya rəhbərlik etmiş Elenio Erreranın nəticəsini təkrarlayıb.
 
"Barselona" La Liqanın 29-cu turunda səfərdə "Real"ı darmadağın edib – 4:0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest