Türkiyə millisinin və "Göztəpə" klubunun keçmiş futbolçusu Fevzi Zemzem vəfat edib. Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. "Buldozer" ləqəbli keçmiş hücumçu 80 yaşında vəfat edib.
 
2020-ci ildə infarkt keçirən Zemzemin ürəyinə iki stend qoyulmuşdu.
 
Fevzi Zemzem 144 qolla "Göztəpə"nin Türkiyə Super Liqasındakı ən yaxşı bombardiridir. Türkiyə millisində 18 oyun keçirən mərhum futbolçu 6 qol müəllifi olub. Ona fiziki göstəricilərinə görə "Buldozer" ləqəbi verilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest