"Sabah"ın yeni transferi Lukas Rangel Bakı klubunu seçməsinin səbəbini açıqlayıb

"Sabah"ın yeni transferi Lukas Rangel Bakı klubunu seçməsinin səbəbini açıqlayıb. Matc.az xəbər verir ki, 28 yaşlı hücumçu bir çox təklifə baxmayaraq, Azərbaycan təmsilçisinin onu daha çox istədiyini bildirib.
 
Braziliyalı forvardın sözlərinə görə, ailəsi və agenti ilə məsləhətləşdikdən sonra, "Sabah"ın dəvətini qəbul edib: "çünki bu klub mövsümün son hissəsində məni heyətində görmək üçün daha çox istək nümayiş etdirdi".
 
Paytaxt təmsilçisi ilə cari mövsümün sonunadək müqavilə imzalayan təcrübəli oyunçu yeni komandasında qısa müddətdə debüt edəcəyinə inandığını vurğulayıb: "Bunun üçün daha çox çalışmalıyam. Ən çox sevdiyim işə, futbola qayıtmaq üçün əlimdən gələni edəcəyəm".
 
Lukas Rangel karyerası ərzində ölkəsinin "Qremio Barueri" (2015), "Foz do İquaçu" (2015), "İtumbiara" (2016), Albaniyanın "Kukesi" (2016/17), Avstriyanın "Kapfenberger" (2017/18), Finlandiyanın "KuPS" (2018-2020), Türkiyənin "Adana Demirspor" (2020/21) klublarında çıxış edib. Onun son klubu Ukrayna "Vorskla"sı (2021/22) olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest