"Qəbələ"nin hücumçusu Rafael Utziq komandasının cari mövsümdəki çıxışını dəyərləndirib.

"Qəbələ"nin hücumçusu Rafael Utziq komandasının cari mövsümdəki çıxışını dəyərləndirib. Matc.az xəbər verir ki, braziliyalı futbolçu ölkəsinin mətbuatına verdiyi açıqlamada bunları söyləyib:
 
"Mövsümün əvvəlindən avrokuboklara vəsiqə qazanmaq üçün mübarizə aparırıq. Artıq mövsümün sonuna yaxınlaşırıq. Bu səbəbdən üzərimizdə daha çox işləməyə davam etməliyik. Klub beynəlxalq yarışlarda iştiraka öyrəşib və ümid edirik ki, bu mövsümdə də bunu bacaracağıq".
 
Utziq ölkə kubokunun yarımfinalında "Qarabağ"a qarşı iki çətin matçın olacağını söyləyib: "İstər Azərbaycan Kuboku, istərsə də Premyer Liqa vasitəsi ilə avrokuboklara vəsiqə uğrunda əlimizdən gələni edəcəyik".
 
Qeyd edək ki, "Qəbələ" və "Qarabağ" komandaları arasında ölkə kubokunun yarımfinal mərhələsinin ilk qarşılaşması aprelin 20-də, cavab oyunu isə aprelin 29-da baş tutacaq. "Qırmızı-qaralar" Premyer Liqada 20 turdan sonra 33 xalla 4-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest