İngiltərəli futbolçu Cermeyn Defo peşəkar karyerasını başa vurub. Matc.az xəbər verir ki, 39 yaşlı hücumçu "tvitter" səhifəsində paylaşdığı açıqlamada futbolla vidalaşdığını bildirib.
 
Karyerası ərzində "Vest Hem", "Tottenhem", "Borntmut", "Portsmut", "Toronto", "Reyncers" kimi klublarda oynamış Defo, son olaraq "Sanderlend"də çıxış edib. O, 57 dəfə İngiltərə millisinin formasını geyinib.
 
Defo peşəkar karyerası ərzində 731 oyunda 286 qol və 59 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest