Avropadan Qətərdəki dünya çempionatına gedəcək son 3 yığma finalda müəyyənləşəcək. Matc.az xəbər verir ki, Portuqaliya - Şimali Makedoniya və Polşa - İsveç milliləri adı birinci göstərilən komandaların meydanında həlledici oyuna çıxacaq.
 
Polşalılar Ruaiyanın yarışdan qovulması ilə birbaşa finala adlayıb. Uelsin rəqibi isə Şotlandiya - Ukrayna cütünün qalibi olacaq. Bu matç müharibə səbəbindən təxirə salınıb.
 
Təxirə salınan Şotlandiya - Ukrayna oyunu iyunda baş tutacaq. Ardınca qalib son vəsiqə üçün Uelslə final oynayacaq. Digər iki final isə martın 29-da reallaşacaq və Polşa - İsveç, eləcə də Portuqaliya - Şimali Makedoniya cütlərində qalib olanlar Qətərə bilet əldə edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest