PSJ-nin qapıçısı Keylor Navas ukraynalı qaçqınlara kömək edib. Matc.az xəbər verir ki, 36 yaşlı futbolçu Parisdəki evində 30 nəfəri yerləşdirib. Kosta-Rikadan olan qapıçı onlar üçün 30 çarpayı da alıb.
 
Navas hazırda Kosta-Rika millisinin düşərgəsindədir. Onun formasını geyindi yığma son olaraq bu gün dünya çempionatının seçmə mərhələsinin 12-ci turunda evdə Kanadanı minimal hesabla üstələyib – 1:0.
 
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest