Türkiyənin "Beşiktaş" klubunun yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, "qara qartallar" fransalı Valeryen İsmaellə rəsmi müqavilə imzalayıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 47 yaşlı mütəxəssislə 1+1 illik müqavilə imzalanıb. O, baş məşqçi postunda öndər Karavelini əvəzləyib. Karaveli bundan sonra komandanın məşqçilər korpusunda yer alacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest