Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Malta yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Matc.az xəbər verir ki, italiyalı mütəxəssis 0:1 hesabı ilə uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"İstədiyimiz oyunu sərgiləyə bilmədik. Rəqib bizdən yaxşı oynadı və topa nəzarət edən tərəf oldu. İkinci hissənin əvvəlində fərqlənə bilərdik, amma rəqib bunu bacardı. çoxlu qollar buraxmağımız məni narahat edir. Oyunumuzdan narazı qaldım. Futbolçulardan daha çox şey gözləyirəm. Onlar əllərindən gələni etməlidilər ki, yaxşı nəticələr qazana bilək. Belə qarşılaşmalar bizim üçün yaxşı dərs olmalıdır.
 
Dünən demişdim ki, taktiki baxımdan dəyişikliklər ola bilər. İndi edə bilməsək, nə vaxt edəcəyik? çox narazıyam. Hər şey istədiyimiz kimi alınmadı. Bəzi oyunçulardan daha çox şey gözləyirəm. çoxlu fərdi səhvlərə yol veririk. Bu da məni narahat edir. Malta təxminən bizimlə eyni səviyyədədir. Yaxşı nəticələr qazanmaq üçün daha istəkli olmalıyıq.
 
Qapıçı Səlahət Ağayevin çıxışından razıyam. Amma digər futbolçulardan qeyri-adi oyun görmədim. Hamımız yaxşı nəticələrə ümid etməliyik. Azarkeşlər də buna ümid etsinlər. Gələcəkdə yaxşı nəticələr qazanmağa çalışacağıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest