"Sumqayıt-2"nin təlim-məşq toplanışı ötən həftə başa çatdı. Normal hazırlıq keçdiyimizi düşünürəm". Matc.az xəbər verir ki, bunu "Sumqayıt-2"nin baş məşqçisi Elbrus Məmmədov deyib.

2018/19 mövsümünün ilk yarısını 1-ci divizionun qalibi kimi başa vuran əvəzedicilərin çalışdırıcısı ikinci yarıya hazırlıqları dəyərləndirib: "Hazırlıq dönəmində 4 yoxlama oyunu keçirdik. "Şahdağ", "Qarabağ-2", "Uğur" və "Səbail-2" ilə oyunlarda 2 qələbə, 1 heç-heçə və 1 məğlubiyyətə imza atdıq. Kollektivimizi çempionata 70-80 faiz hazır saya bilərik. Məqsədimiz dəyişməz qalıb, çempion olmaq üçün əlimizdən gələni edəcəyik. Cüzi çatışmazlıqlar var, onları da yoluna qoyub ikinci dövrəyə inamla start verəcəyimizə inanıram".

Məmmədov komandaya cəlb olunmuş yeni futbolçularla yanaşı, kollektivdən ayrılan oyunçuların kimliyinə də aydınlıq gətirib: "Ricat və Qara Qarayev qardaşları, İbrahim Əliyev komandamıza yeni qoşulan futbolçulardır. Qeyd edim ki, İbrahim "Qarabağ"dan icarə əsasında komandamızda çıxış edəcək. Bundan başqa, akademiyamızın yetirməsi olan Əli Kərimov hərbi xidmətini başa vuraraq yenidən düşərgəmizə qayıdıb. Qapıçı Məhərrəm Məmmədli ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Yarımmüdafiəçimiz Nazim Bağırov hazırda Latviya klublarının birində baxışdadır. O da komandadan ayrılan futbolçuların siyahısındadır". (sumqayitpfc.az)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest