Azərbaycan və Belarusun 21 yaşadək futbolçulardan ibarət yığma komandaları arasında Bakıda keçiriləcək yoxlama matçını idarə edəcək hakimlər müəyyənləşib.

Azərbaycan və Belarusun 21 yaşadək futbolçulardan ibarət yığma komandaları arasında Bakıda keçiriləcək yoxlama matçını idarə edəcək hakimlər müəyyənləşib. Matc.az xəbər verir ki, qarşılaşmanın baş hakimi FİFA referisi Əliyar Ağayev olacaq.
 
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim isə Nicat İsmayıllı olacaq.
 
Martın 29-da "Bakcell Arena"da keçiriləcək qarşılaşmaya saat 19:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest