Mahir Emrelinin Zaqreb "Dinamo"sunda komanda ilə məşqlərə nə vaxt başlayacağı məlum olub.

Mahir Emrelinin Zaqreb "Dinamo"sunda komanda ilə məşqlərə nə vaxt başlayacağı məlum olub. Matc.az "Jutarnji List"ə istinadən xəbər verir ki, Emreli bazar ertəsindən etibarən "Dinamo" ilə məşqlərə başlayacaq. O, hazırda fərdi şəkildə məşq edir.
 
Yeri gəlmişkən, Mahir Emrelinin Zaqreb "Dinamo"sunun son oyununda iştirak etməməsinin və Azərbaycan millisinə çağırılmamasının səbəbi də müəyyənləşib. Bu barədə Xorvatiya klubunun baş məşqçisi Jelko Kopiç məlumat verib.
 
O bildirib ki, 25 yaşlı forvard martın 12-də "Hayduk"la səfər matçında (0:0) zədələnib: "Emreli bizə hazırlıqsız gəlmişdi və koronavirusun ağır formasını keçirdi. Oynamamasının səbəbi də bu idi. "Hayduk"la görüşdə baş verənləri sizə danışacağam. Məşqdə yaxşı idi, Polyuddakı matçda onu start heyətinə saldım. Ancaq ilk sprintdə əzələ ağrısı hiss etdi. Heç nə ilə yadda qalmasa da, oynamağa davam etdi və yalnız sonradan onun əzələsinin zədələndiyini öyrəndik".
 
çalışdırıcı əlavə edib ki, Mahir zədələnsə də, bunu onlara deməyib: "Mahirdən soruşanda ki, niyə demədin? Cavabında söylədi ki, komandaya gücləndirici kimi gəldiyimi və məndən çox şey gözlədiyinizi bilirəm. Derbi matçı keçirilirdi, stadion da dolu idi. Mahir buna görə kömək etmək istədiyini dedi".
 
Mahir Emreli "Hayduk"la qarşılaşmanın 55-ci dəqiqəsində əvəzlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest