"Borussiya"nın (Dortmund) hücumçusu Erlinq Haland "Mançester Siti"nin ilk təklifini rədd edib. Matc.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, "şəhərlilər" 21 yaşlı norveçli futbolçuya illik 28 milyon avro təklif ediblər.
 
Halandın hazırda "Real"dan təklif gözlədiyi bildirilir. O, yalnız bundan sonra yekun qərar verəcək. "Real"ın prezidenti Florentino Peres bu yay Halandın transferini bitirməkdə israrlıdır. Madrid klubunun prezidenti "Barselona"ya məğlubiyyətdən (0:4) sonra əmin olub ki, əsas mərkəz hücumçusu Kərim Benzemanın yoxluğunda komandanın ciddi problemləri olur. Benzema zədə səbəbindən "el klasiko"nu buraxmışdı.
 
Xəbərdə bildirilir ki, Peres, Benzema olmasa, "Real"ın əsas rəqibləri ilə matçlarda çətinlik çəkəcəyini anlayıb. Bu səbəbdən, Madrid klubu Dortmund "Borussiya"sının hücumçusunun transferində daha da fəallaşıb.
 
21 yaşlı Halandın Dortmund klubu ilə müqaviləsi 2024-cü il iyunun 30-na kimidir. Haland bu mövsüm "Borussiya"da 23 oyuna çıxıb, 23 qol vurub, 6 məhsuldar ötürmə edib.
 
Norveçli hücumçu ilə "Barselona" da yaxından maraqlanır. Lakin Kataloniya klubunun da təklifi Haland üçün cəlbedici deyil.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest