"Barselona"nın müdafiəçisi Xordi Albanın durumuna aydınlıq gəlib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu Kataloniya klubunda qalmağı qərara alıb.

Rəhbərliklə futbolçu arasında görüşdə hərtərəfli razılıq əldə olunub. Albanın yeni sözləşməsi 2024-cü ilə qədər olacaq. Hansı ki, həmin vaxt onun 35 yaşı olacaq.

Qeyd edək ki, Xordi Albanın "Barsa" ilə hazırkı müqavilə müddəti 2020-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest