"Barselona"da 600 oyun keçirmişəm. Bu, xəyalını qurduğum karyeradır". Matc.az İspaniya mətbuatına istinadən xəbər verir ki, bu sözləri "Barselona"nın müdafiəçisi Jerar Pike söyləyib. O, Kataloniya klubundakı karyerasından çox razıdır:
 
"Klubun heyətində 600 oyun keçirmişəm, bu çox önəmli rəqəmdir. Bu, mənə ən yaxşısını etdiyim hissini verir, xəyalını qurduğum karyera və gerçəkləşən arzumdur. ümid edirəm ki, daha yaxşı oynayıb, kluba kömək etməyə davam edəcəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest