"Qarabağ"ın futbolçusu Leandro Andrade Kabo-Verde milli komandasında debüt etməsi haqda fikirlərini bildirib. Matc.az xəbər verir ki, Andrade bu barədə "instaqram" hesabında paylaşım edib:
 
"Bu xalqı təmsil etməkdən qürur duyuram. Daha bir arzum gerçəkləşdi".
 
Andrade Lixtenşteynlə yoxlama oyununun (6:0) 56-cı dəqiqəsində meydana daxil olub. O, milli komandaya "Qarabağ"a keçəndən sonra dəvət alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest