"Qəbələ" bu gün yoxlama oyunu keçirib. Matc.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar fasilə dövründə Bakıda hazırlıq keçən "qırmızı-qaralar" "Zirə" ilə qarşılaşmada qüvvəsini sınayıb

"Qəbələ" bu gün yoxlama oyunu keçirib. Matc.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar fasilə dövründə Bakıda hazırlıq keçən "qırmızı-qaralar" "Zirə" ilə qarşılaşmada qüvvəsini sınayıb. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib.
 
Baş məşqçi Elmar Baxşıyev bu matçda aşağıdakı start heyətinə şans verib: Elməddin Sultanov, Ehtiram Şahverdiyev, Məqsəd İsayev, Ruan Renato, Urfan Abbasov, Murad Musayev, Kamal Mirzəyev, İsnik Alimi, Asif Məmmədov, Patrik Robson, ülvi İsgəndərov.
 
"Zirə" isə bu heyətlə mübarizə aparıb: Anar Nəzirov, Sertan Taşkın (Samir Ağayev), Rahil Məmmədov (İlkin Muradov), Loris Broqno, Ramin Əhmədov (Qismət Alıyev), Hamidu Keyta, Ruslan Abışov, Dimitrios çantakias, Məhamməd Hamdaoui, Brayan Alseus, Ahmed Ayzaya.
 
Qarşılaşma erkən qolla başlayıb. Start fitindən az sonra "Zirə" hesabı açıb. Qarşılıqlı hücumlarla keçən görüşün ilk yarısında hər iki komandanın fərqlənmək imkanları olsa da, hesab dəyişməyib. Fasilədə və ikinci hissədə rəqiblərin heyətində dəyişikliklər olub. "Qəbələ"də Rafael Utziq, Rövlan Muradov, Rüfət Əhmədov, Stefan Vukçeviç və Fərid İsgəndərov komanda yoldaşlarını əvəzləyib. İkinci hissənin əvvəllərində İsnik Alimi penalti zərbəsi ilə hesaba tarazlıq gətirib. Rafael Utziq isə komandasını önə çıxarıb – 2:1. Hissənin ikinci yarısında hücumlar təşkil edən tərəflər fərqlənə bilməyib. 
 
Beləliklə, "Qəbələ" yoxlama oyununda 2:1 hesablı əzmkar qələbə qazanıb.
 
Yoxlama oyunu
27 mart
 
Zirə - Qəbələ – 1:2
Qol: Hamidu Keyta - İsnik Alimi, Rafael Utziq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest