Rumıniyalı FİFA referisi Ovidiu Haçeqan infarkt keçirib. Matc.az "GSP.ro"-ya istinadən xəbər verir ki, 42 yaşlı hakim təcili əməliyyat olunub.
 
Haçeqan bir gün əvvəl döş qəfəsində şiddətli ağrı hiss edib və xəstəxanaya aparılıb. Həkimlər ona infarkt diaqnozu qoyublar.
 
Onun vəziyyəti hazırda sabitdir. Amma FİFA referisi ən azı həftənin sonunadək xəstəxanada qalacaq.
 
Haçeqan cari mövsümdə UEFA çempionlar Liqası və Avropa Liqası da daxil olmaqla, ümumilikdə 28 oyunda ədaləti qoruyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest