Azərbaycan milli komandası Latviya yığmasına qarşı yoldaşlıq görüşünə itki ilə çıxacaq.

Azərbaycan milli komandası Latviya yığmasına qarşı yoldaşlıq görüşünə itki ilə çıxacaq. Matc.az xəbər verir ki, bu barədə millinin baş məşqçisi Canni De Byazi Maltada keçirdiyi mətbuat konfransında açıqlama verib.
 
İtaliyalı mütəxəssis bildirib ki, müdafiəçi Bədavi Hüseynovun ayaq əzələsində problem var. Bu səbəbdən, 31 yaşlı oyunçunu meydana buraxmağa risk etməyəcəklər. O, digər oyunçuların matça hazır olduqlarını bildirib. Malta ilə oyunu zədə səbəbindən buraxmalı olan Namik Ələskərov da artıq sıraya dönüb.
 
Sabah baş tutacaq Azərbaycan - Latviya matçına saat 15:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest