Futzal üzrə FİFA referisi Əli Cəbrayılov Dünya çempionatının ilkin seçmə mərhələsinin A qrupunda keçiriləcək oyunlara təyinat alıb. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
 
Almaniya, San Marino, Monteneqro və Cəbəllütariq milli komandalarının mübarizə aparacağı bu qrupun oyunları aprelin 5-dən 10-dək Almaniyada təşkil ediləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest