"Taktiki cəhətdən düzgün oynamaq, baş məşqçinin bütün tapşırıqlarını yerinə yetirmək və bütün oyunlarda qalib gəlmək istəyirik. Əminəm ki, Albaniya ilə yaxşı yoxlama matçı olacaq. Çalışacağıq ki, bu görüşü də qələbə ilə başa vuraq və Millətlər Liqasını yaxşı ab-havada qarşılayaq"

Futbol üzrə Gürcüstan millisinin hücumçusu Davit Volkov səfərdə Albaniya yığmasına qarşı keçirəcəkləri yoxlama oyunu öncəsi fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, "Zirə"də çıxış edən 27 yaşlı hücumçu ardıcıl 4 qələbədən sonra yığmada yaxşı əhval-ruhiyyənin hökm sürdüyünü bildirib:
 
"Taktiki cəhətdən düzgün oynamaq, baş məşqçinin bütün tapşırıqlarını yerinə yetirmək və bütün oyunlarda qalib gəlmək istəyirik. Əminəm ki, Albaniya ilə yaxşı yoxlama matçı olacaq. çalışacağıq ki, bu görüşü də qələbə ilə başa vuraq və Millətlər Liqasını yaxşı ab-havada qarşılayaq".
 
Albaniya - Gürcüstan qarşılaşması martın 29-da keçiriləcək. Volkov hazırda 10 qolla Azərbaycan Premyer Liqasının bombardiridir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest