Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti yoxlama oyununu keçirib. Matc.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi kollektiv Latviya yığması ilə qarşılaşıb.

Azərbaycan millisi martın 25-də keçirdiyi yoxlama matçında Maltaya 0:1 hesabı ilə uduzmuşdu. Bu üzdən, yoxlama oyunu da olsa, milli komanda Latviya yığması ilə göruşdə qələbə qazanmaq istəyirdi. Lakin 30-cu dəqiqədə Qara Qarayevin birbaşa qırmızı vərəqə ilə meydandan qovulması yığmamızın işini çətinləşdirib. Son dəqiqələrdə isə Latviya millisi qələbə qolunu da vurub. Beləcə, millimiz Maltadan iki məğlubiyyətlə qayıdır.

Yoxlama oyunu
29 mart

Azərbaycan – Latviya 0:1
Qol: V.Qutkovski, 85.
Qırmızı vərəqə: Q.Qarayev, 30.
Hakimlər: Trustin Farruqia Kann, Luke Portelli, Dunkan Sultan, Andrea Skiriha (hamısı Malta).
Malta. Milli Stadion.

Azərbaycan: 1. Səlahət Ağayev, 2. Qara Qarayev, 3. Azər Salahlı, 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev (k), 6. Höccət Haqverdi, 8. Emin Mahmudov, 9. Renat Dadaşov, 10. Dmitri Nazarov, 14. Eddi İsrafilov, 17.Toral Bayramov.
Ehtiyat oyunçular: 12. Mehti Cənnətov, 23. Nicat Mehbalıyev, 7. Namik Ələskərov, 11. Ramil Şeydayev, 13. Abbas Hüseynov, 15. Amin Seydiyev, 16. Coşqun Diniyev, 18. Filip Ozobiç, 19. Təmkin Xəlilzadə, 20. Riçard Almeyda, 21. Ağabala Ramazanov, 22. Aleksey İsayev.
Baş məşqçi: Canni de Byazi.

Latviya: 1. Pavel Steinbor, 2. Vladislav Sorokin, 4. Kaspar Dubra, 5. Antoni çernomordı (k), 6. Krister Tober, 9. Vladislav Qutkovski, 11. Robert Savavnyek, 14. Andrey Tsıqanik, 17. Renar Varslavan, 19. Raymond Krollis, 22. Aleksey Savelyev.
Ehtiyat oyunçular: 12. Robert özol, 23. Rixard Matreviç, 7. Vladimir Kamış, 8. Eduard Emsis, 10.Yanis İkaunyek, 13. Emil Birka, Vladislav Qutkovski, 16. Alvis Jaunzems, 18. İqor Tarasov, 20. Daniel Balodis, 21. İlia Korotkov.
Baş məşqçi: Daynis Kazakeviç.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest