Futbol üzrə Avstriya millisinin baş məşqçisi Franko Foda istefa verib. Matc.az xəbər verir ki, o, öz istəyi ilə postundan ayrılmağa qərar verib.
 
Bu barədə Avstriya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilib ki, bu gün - martın 29-da Şotlandiya ilə yoxlama görüşü 55 yaşlı mütəxəssis üçün son oyun olacaq.
 
Foda 2017-ci ilin oktyabrından Avstriya yığmasına rəhbərlik edir. Almaniyalı məşqçi bu komandanı bütövlükdə 46 oyuna çıxarıb. Bu görüşlərdən 26-sı qələbə, 5-i heç-heçə, 15-i isə məğlubiyyətlə bitib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest