"Barselona"nın hücumçusu Memfis Depay bu yay Kataloniya klubunu tərk edə bilər. Matc.az "Dail Mail"-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu ilə "Tottenhem" və "Napoli" yaxından maraqlanır. 
 
"Barsa"da Adama Traore, Pyer-Emerik Obameyanq və Ferran Torresə daha çox güvənildiyindən, Depay özü də klubunu dəyişmək istəyir.
 
Depay 2021-ci ilin yayından etibarən "Barselona"da oynayır. O, bu mövsüm 20 matçda meydana çıxıb, 10 qol vurub, 2 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest