Azərbaycan millisinin 2 futbolçusu Latviya ilə yoxlama görüşündə iştirak etməyəcək. Matc.az xəbər verir ki, söhbət "Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov və hücumçu Rüstəm Əhmədzadədən gedir.
 
Hüseynov zədə səbəbindən "23-lük"dən kənarda qalıb. Əhmədzadə isə baş məşqçi Canni De Byazinin qərarı ilə matçın iştirak ərizəsinə daxil edilməyib.
 
Əvəzində Azərbaycan millisinin Maltaya 0:1 hesabı ilə uduzduğu ilk yoxlama görüşündə heyətdən kənarda qalmış Namik Ələskərov və Ağabala Ramazanov bu dəfə ehtiyat oyunçular skamyasında yer alıb.
 
Bu gün Maltada keçiriləcək Azərbaycan - Latviya matçına Bakı vaxtı ilə saat 15:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest