Zaqrebdə "Dinamo"nun keçmiş Yuqoslaviyanın çempionatındakı qələbəsinin 30 illiyi ilə əlaqədar "çiro" tamaşası səhnəyə qoyulub. Matc.az "Dinamo"nun mətbuat xidmətinə istinad xəbər verir ki, tədbirdə klub rəhbərliyi, komandanın məşqçi və futbolçu heyəti iştirak edib.
 
Tamaşanın fotoları klubun sosial şəbəkə hesablarında paylaşılıb. "Dinamo"da çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli də tamaşanı izləyənlər arasında olub.
 
Yeri gəlmişkən, Mahir Emreli zədəsini tam sağaldıb. 25 yaşlı hücumçu komanda ilə məşqlərə start verib.
 
"Dinamo" Xorvatiya çempionatının 29-cu turunda aprelin 3-də "Draqovolyaç"ın qonağı olacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest