Braziliya millisinin baş məşqçisi Tite adının İngiltərənin "Arsenal" klubu ilə hallanmasına münasibət bildirib. Matc.az "Goal"a istinadən xəbər verir ki, Tite yayılan xəbərləri təkzib edib:
 
"Arsenal"dan üzr istəyirəm, amma bu klubda işləməkdə maraqlı olduğum barədə məlumat bizdən getməyib. Bu məlumatın həqiqətlə heç bir əlaqəsi yoxdur. İndiki vaxtda saxta məlumatlar çoxdur və bu məni əsəbiləşdirir. Braziliya millisinə ləyaqət və hörmətlə yanaşdığım üçün ailəm rahat ola bilər.
 
Hər kəsdən sakitləşməyi xahiş edirəm. çünki peşəkarlığı yüksək qiymətləndirirəm və Braziliya millisinin baş məşqçisi kimi üzərimdə hansı məsuliyyətin olduğunu bilirəm".
 
Daha əvvəl bildirilmişdi ki, "Arsenal" Titenin baş məşqçi postuna namizədliyini nəzərdən keçirir.
 
"Arsenal" Premyer Liqada 28 oyundan sonra 54 xalla dördüncü yerdədir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest