21 yaşadək futbolçular arasında Aç-2023-ün seçmə mərhələsində növbəti oyunlar keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının yer aldığı A qrupunda da iki görüş baş tutub.
 
Qrup lideri Xorvatiya doğma meydanda Finlandiya ilə üz-üzə gəlib. Beş qolun qeydə alındığı bu matçda xorvatlar gözlənilməz məğlubiyyətə üzülüblər - 2:3.
 
Avstriya yığması isə Norveçlə qarşılaşıb. üç qolun qeydə alındığı bu görüşdə isə meydan sahibləri qələbə qazanıblar – 2:1.
 
Bu nəticələrdən sonra A qrupundakı xal durumu belədir:
 
Xorvatiya – 19, Avstriya – 16, Norveç – 15, Finlandiya – 13, Azərbaycan – 4, Estoniya – 0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest