Kilian Mbappe Fransa millisində yeni rekorda imza atıb. Matc.az xəbər verir ki, 24 yaşlı hücumçu buna Cənubi Afrika Respublikası seçməsini 5:0 hesabı ilə məğlub etdikləri yoxlama görüşündə nail olub.
 
Bu qarşılaşmada dubl edən forvard yığmanın heyətində 21-ci əsrdə ardıcıl beş matçın hər birində ən azı 2 qol vuran ilk oyunçu kimi tarixə düşüb.
 
PSJ-də çıxış edən Mbappe 2017-ci ildən millinin formasını geyinir. Hücumçu bu müddət ərzində 53 oyunda 24 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest