Latviya ilə yoldaşlıq oyunu Qara Qarayevin Azərbaycan millisində 75-ci oyunu olub. Matc.az xəbər verir ki, "Qarabağ"ın yarımmüdafiəçisi milli karyerasında ilk dəfə qırmızı vərəqə alaraq yubileyini korlayıb.

Qara yığma tarixinə 75 və daha çox oyun keçirən 8-ci futbolçu kimi düşüb. O, eyni sayda oyuna çıxan Mahmud Qurbanovla Tərlan Əhmədova çatıb.

Millinin rekordçusu Rəşad Sadıqovdur. Onun hesabında 111 matç var.

Millidə ən azı 75 oyun keçirənlər
1. Rəşad Sadıqov - 111
2. Aslan Kərimov - 80
3. Kamran Ağayev - 79
4. Maksim Medvedev - 78
5. Mahir Şükürov - 76
6-8. Mahmud Qurbanov - 75
Tərlan Əhmədov - 75
Qara Qarayev - 75

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest