Qazaxıstan millisi Millətlər Liqasında Azərbaycan yığmasının sonuncu rəqibi olub. Onlar Moldovaya qarşı oyunlardan sonra C liqasında oynamaq hüququ əldə ediblər. Beləliklə, Azərbaycan, Slovakiya, Belarus və Qazaxıstan komandaları bu liqanın 3-cü qrupunda yer alıblar. Matc.az xəbər verir ki, Moldovaya qarşı oyunlar (1:0, 0:1, penaltilər seriyasında 5:4) Qazaxıstan jurnalistlərinin narazılığına səbəb olub. Dünənki oyundan sonra təşkil edilən mətbuat konfransında isə jurnalistlərdən biri komandanın baş məşqçisi Andrey Karpoviçə belə bir sual ünvanlayıb: "Moldova kimi zəif rəqiblərə qarşı bu cür oynayırıqsa, bəs, Slovakiya, Azərbaycana qarşı necə çıxış edəcəyik?".
 
Karpoviç suala cavabında deyib: "Yeni müqavilə barədə hələ fikirləşməmişik. Qarşıma qoyulan vəzifə Moldovanın iki oyunun nəticəsinə görə keçmək idi. Biz bunu etdik. O ki qaldı Slovakiya ilə oyuna, kim deyir ki, Moldova zəif komandadır? Bu fikri başa düşmürəm. Baxın, Moldovanın oyunçuları fərqli çempionatlarda oynayırlar. Reytinq heç də həmişə obyekt qiymət vermir. Kanada millisi dünya reytinqində neçəncidir? çoxlu misal çəkmək olar. 
 
Hesab edirəm ki, Belarus, Azərbaycan və Slovakiyanın yer aldığı bərabər səviyyəli komandaların qrupunda oynayacağıq. Burada  təvazökar olmaq yox, qarşıya ciddi vəzifələr qoymaq lazımdır. Yoxsa, onda niyə Moldova ilə görüşdə məqsədə nail olduq. Bu, təkəbbür deyil. Qarşımıza yüksək hədəflər qoymalıyıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest