Uruqvaylı hücumçu Luis Suares "Atletiko"nu tərk etməyə hazırlaşır. Matc.az xəbər verir ki, "Atletiko"nun hücumçusu bu yay komandadan ayrılmaq istəyir.
 
Baş məşqçi Dieqo Simeonenin növbəti mövsüm üçün planlarında Suares yer almır. Argentinalı mütəxəssis hücum xəttində daha çox Joao Feliksə güvənir.
 
Suares 2021-ci ildə 7 milyon avro qarşılığında "Barselona"dan "Atletiko"ya keçib. 34 yaşlı hücumçu Madrid komandası ilə 32 oyunda 19 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest