Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun komandası "Proyssen" yoxlama görüşündə qüvvəsini sınayıb. III Bundesliqa təmsilçisi Dortmund "Borussiya"sının II komandası ilə qarşılaşıb. Oyun Münster klubunun 1:0 hesablı qələbəsi ilə nəticələnib.

Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun komandası "Proyssen" yoxlama görüşündə qüvvəsini sınayıb. Matc.az saytının məlumatına görə, III Bundesliqa təmsilçisi Dortmund "Borussiya"sının II komandası ilə qarşılaşıb.

Oyun Münster klubunun 1:0 hesablı qələbəsi ilə nəticələnib. Yığmamızın üzvü bu qarşılaşmada iştirak etməyib. Baş məşqçi Marko Antverpen həm onun, həm də başqa iki oyunçunun səhhətində problem yarandığını söyləyib: "Kittner, Şerder və Dadaşov qripə yoluxub. Bizdə zədəli olmasa da, oyunçularımız tez-tez xəstələnir".

Qeyd edək ki, III Bundesliqada qış fasiləsi həftəsonu bitəcək. "Proyssen" ilk görüşdə fevralın 11-də "Lotte"nin qonağı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest