İngiltərə millisinin sabiq futbolçusu, MLS liqasında mübarizə aparan "İnter Mayami"nin sahibi Devid Bekhemin malikanəsi qarət edilib. Matc.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb. Hadisə fevralın 28-də, Londonda baş verib.
 
Malikanəyə oğru girərkən Bekhem və ailəsi evdə olub. Oğru binanın yataq otaqlarından birinə daxil olub və bir neçə min funt-sterlinq dəyərində qızıl-zinət əşyaları, paltar və məişət texnikası oğurlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest