FİFA-nın prezidenti Canni İnfantino dünyanın futbol icitimaiyyətinə, dövlət rəhbərlərinə müraciət edib. Matc.az xəbər verir ki, İnfantino, FİFA-nın bu gün keçirilən konqresində dövlət rəhbərlərindən münaqişələri dayandırmağı xahiş edib:
 
"Xahiş edirəm, bütün münaqişələri dayandırın! öz uşaqlarımız, gələcəyimiz naminə! Xahiş edirəm, birləşin! Futbol bu məsələdə kömək etməlidir".
 
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest