2022/23 mövsümündən futbol üzrə İngiltərə Premyer Liqasında beş əvəzetməyə icazə veriləcək. Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa rəhbərliyi qərar çıxarıb.
 
Əvəzetmələrdən 3-ü oyun vaxtı, 2-si isə fasilədə gerçəkləşə bilər. Komandanın ehtiyat heyətində isə ən çox 9 oyunçunun adı qeyd olunacaq.
 
Həmçinin İngiltərədə yay transfer dönəmi iyunun 10-dan sentyabrın 1-dək davam edəcək.
 
Premyer Liqada koronavirusla bağlı sağlamlıq protokolunda da dəyişiklik olunub. Futbolçular həftədə iki dəfə test verməyəcək. Yalnız simptomlar hiss edən oyunçulardan test götürüləcək.
 
Xatırladaq ki, İngiltərə Premyer Liqasında hazırda 3 əvəzetmə qaydasından istifadə edilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest