"Real" "Şaxtyor"un futbolçusu Vinisius Tobiası transfer edib. Matc.az AS nəşrinə istinadən xəbər verir ki, braziliyalı müdafiəçi Madrid klubu ilə müqavilə imzalayıb.
 
"Real" sağ cinah müdafiəçisini gələn mövsümün sonuna qədər icarəyə götürüb. "Kral klubu" 18 yaşlı futbolçunu 18 milyon avroya transfer etmək hüququna malikdir.
 
Bu ilin yanvar ayında "İnternasional"dan transfer edilən Tobias "Şaxtyor"da debüt etməyib. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest