İbrahima Vadji "Qarabağ"a cari mövsümün əvvəlində Norveçin "Hauqesund" komandasından keçib. 27 yaşlı forvard Ağdam təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.

Norveçin "Volerenqa" klubunun idman direktoru Yorgen İngebriqtsen "Qarabağ"ın futbolçusu İbrahima Vadjini transfer edəcəkləri ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Matc.az xəbər verir ki, klub rəsmisi yerli mətbuata müsahibəsində seneqallı hücumçunun xidmətində maraqlı olmadıqlarını bildirib.
 
O, ötən yay belə bir fikirlərinin olduğunu bildirsə də, hazırda ümumiyyətlə ön xətt oyunçusu almaq istəmədiklərini vurğulayıb.
 
İbrahima Vadji "Qarabağ"a cari mövsümün əvvəlində Norveçin "Hauqesund" komandasından keçib. 27 yaşlı forvard Ağdam təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest