Bu gün futzal üzrə Yüksək Liqada XVII turun oyunları keçirilib. Matc.az xəbər verir ki, görüşlər "Olimpik Star"da baş tutub.
 
Əvvəlcə "Neftçi" "Alyans"la münasibətlərinə aydınlıq gətirib. Günün ilk matçında "Neftçi" böyükhesablı qələbə qazanıb. 
 
"Record" "Baku Fire" ilə qarşılaşıb. "Baku Fire" bu görüşdən əzmkar qələbə ilə ayrılıb.
 
Növbəti dueldə U-19 əsas millinin bazası hesab edilən "Araz-Naxçıvan"la gücünü sınayıb. Təcrübəli futzalçılardan qurulan lider fasiləyə qədər 5 cavabsız top vurub. Xüsusilə də bombardirlər yarışına başçılıq edən Maneka het-trik edib. İkinci hissəyə U-19 yaxşı başlayıb və 3 dəqiqə ərzində fərqi 3 topa endirib. Ancaq Alesionun drujinası gənclərin üstünlük qazanmasına imkan verməyib.
 
"Xilə" komandası EKOL-la matç üçün təyin olunan vaxtda meydana çıxmadığına görə oyun baş tutmayıb. Nəticə ilə bağlı İntizam Komitəsi qərar verəcək.
 
Yüksək Liqa
XVII tur
1 aprel
 
Neftçi İK – Alyans 20:1
Qol: Oruc Baxşəlizadə, 0:45; 3:43; 16:29; 23:30; 27:54; 31:19; 34:41. Oqtay Rüstəmli, 6:51; 12:38; 13:36; 22:48; 28:23; 33:28; 37:02. Rüfət Balakişiyev, 14:01. İlqar Nuruşov, 17:32. Vahid Xocayev, 31:45. Fərid Atakişiyev, 36:49; 39:54. Hüseyn Mənəfli, 39:05 - Nihad Əhmədov, 24:04.
Hakimlər: Hikmət Qafarlı, Ziya Nəsirov, Elgün Hüseynov
Hakim-inspektor: Azad Hüseynov
"Olimpik Star". Saat 12:00.
 
Record – Baku Fire 4:7
Qol: Azər Nəsirov, 4:22; 10:50, Hossein Hotkani Seyedreza, 5:21. Matin Qahremani, 27:00 - Xəyal Xələfli, 8:43-öz qapısına. Murad Quluzadə, 11:01. Rasif Səfiyarov, 23:40; 25:30. Elvin Quliyev, 34:02; 36:23. Nihad İsmayılov, 38:09.
Hakimlər: Knyaz Əmiraslanov, Ceyhun Hüseynov, Şakir Quliyev
Hakim-inspektor: Murad Məmmədov
"Olimpik Star". Saat 14:00.
 
U-19 – Araz (Naxçıvan) 2:10
Qol: Fuad Məmmədzadə, 20:26; Mikayıl Qiyasov, 22:02 - Maneka, 4:26; 6:35; 15:43. İsa Atayev, 5:01; 37:36. Felipinyo, 6:10; 36:03. Rizvan Fərzəliyev, 27:18. David Qustavo, 28:27. Murilo, 38:22.
Hakimlər: Əli Cəbrayılov, Rza Məmmədov, Hacıəli Ağayev
Hakim-inspektor: Elçin Səmədli
"Olimpik Star". Saat 16:00.
 
Xilə - EKOL
Hakimlər: Nail Nağıyev, Mahir Məmmədov, Vüsal Balaşov
Hakim-inspektor: Ramiz Əsədov
"Olimpik Star". Saat 18:00.
 
Xal durumu: Araz – 49, EKOL – 36, Neftçi – 34, Baku Fire – 34, Record – 15, U-19 – 13, Alyans – 12, Xilə – 6.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest