Azərbaycan millisinin futbolçusu Namik Ələskərov "Bursaspor"da tibbi müayinədən keçib. Matc.az xəbər verir ki, yığmanın düşərgəsində zədələnən 27 yaşlı futbolçunun vəziyyətinin yaxşı olduğu müəyyənləşib.
 
Ələskərovun Türkiyə 1-ci liqasının 30-cu turunda "Keçiörengücü" ilə matçda iştirak edəcəyi gözlənilir.
 
Sabah keçiriləcək "Keçiörengücü" – "Bursaspor" oyunu saat 14:30-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest