Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Matc.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar çıxarılıb:
 
Region Liqasının "İmişli" – "Cəbrayıl" oyununda "İmişli"nin futbolçusu Allahverdi Fərzəliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.
 
Region Liqasının "Batabat" - "Babək" oyununda "Batabat"ın futbolçusu Kamil Məhərrəmov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. "Batabat"ın məşqçisi Pərvin Əsədli hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun cəzalanıb. Matç bitdikdən sonra "Batabat"ın futbolçusu Bakir Adıgözəlov hakimlər briqadasını təhqir etməsinə və fiziki təsir göstərməyə cəhd etməsinə görə 8 oyun cəzalanıb.
 
Region Liqasının "Əlincə" – "Kəngərli" oyununda "Kəngərli"nin futbolçusu Zakir Babayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. "Kəngərli"nin digər futbolçusu Mirəli Seyidov hakimlər briqadasını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. "Kəngərli"nin baş məşqçisi Fuad Həsənov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 10 oyun cəzalanıb.
 
Region Liqasının "Araz" (Naxçıvan) – "Arpaçay" (Şərur) oyununda "Arpaçay"ın futbolçusu Nurlan Əfsəllədinzadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Region Liqasının "Əlincə" – "Araz" (Naxçıvan) oyununda "Əlincə"nin futbolçusu Məmməd Məmmədov sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Region Liqasının "Energetik" – "Karvan" oyununda "Karvan"ın futbolçusu Məhəmmədəli Hüseynov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Gənclər Liqasının "Zirə" – "Sabah" oyununda "Sabah"ın futbolçusu Raul Məmmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. "Sabah"ın digər futbolçusu Bəhmən İbadov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Gənclər Liqasının "Neftçi" PFK – "Keşlə" oyununda "Keşlə"nin futbolçusu Xəyal Ələkbərov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Gənclər Liqasının "Qarabağ" – "Sumqayıt" oyununda "Sumqayıt"ın futbolçusu Xəyal Feyzullayev komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.
 
U-17 Liqasının "Neftçi" PFK – İCBFA oyununda İCBFA komandasının futbolçusu Rəmzi Səfərov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. İCBFA komandasının digər futbolçusu Füzuli Dəmirov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. "Neftçi"nin futbolçusu İbrahim Piriyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-15 Liqasının "Sabah" – "Sumqayıt" oyununda "Sabah"ın baş məşqçisi Araz Bağırov texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-15 Liqasının "Qarabağ" – "Qəbələ" oyununda "Qəbələ"nin futbolçusu Ariz Kərimov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-14 Liqasının "Səbail" – "Sumqayıt" oyununda "Səbail"in futbolçusu Mehman Xanlarov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-17 Qızlar Liqasının "Neftçi" PFK – "İnter" (Xaçmaz) oyununda "Neftçi"nin futbolçusu Aydan Həsənova aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest