"Mançester Yunayted" portuqaliyalı futbolçu Bruno Fernandeslə yeni müqavilə imzalayıb. Matc.az İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir ki, yeni müqavilə 2026-cı ilə qədər qüvvədə olacaq və anlaşmada daha bir mövsüm uzadılması maddəsi də yer alacaq.
 
Yeni müqavilə imzaladıqdan sonra Fernandes "Mançester Yunayted"də ən çox maaş alan 3 futbolçudan biri olub. Onun ildə 14-15 milyon avro qazanacağı bildirilir.
 
27 yaşlı portuqaliyalı futbolçu 2020-ci ilin yanvarından "Mançester Yunayted"də çıxış edir. O, bu müddət ərzində 117 oyun keçirib, 49 qol vurub, 39 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest