Azərbaycan I Divizionunda 19-cu tura yekun vurulub. Matc.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. "Zirə" və "Qəbələ"nin əvəzediciləri arasında keçirilən oyunda qonaqlar minimal hesabla üstün olublar. Lider "Qaradağ Lökbatan" da səfərdə "Səbail"in əvəzedicilərinə qalib gəlib.
 
Tura aprelin 1-də keçiriləcək oyunlarla yekun vurulub. MOİK – "Sabah-2" matçında qapılara qol vurulmayıb. "Turan Tovuz"un "Qarabağ"ın əvəzediciləri ilə dörd qolluq oyununda da qalib müəyyənləşməyib. "Keşlə"nin əvəzediciləri "Sumqayıt"ın ikinci komandasını, "Neftçi"nin əvəzediciləri isə "Kəpəz"i məğlub yola salıb.
 
I Divizion
19-cu tur
30 mart
 
Zirə-2 – Qəbələ-2 0:1
Qol: Xəyal Səmədov, 70.
Hakimlər: Əli Əliyev, Asiman Əzizli, Elmin Süleymanov, Səbuhi Bayramov
"ASK Arena", 15:00
 
Səbail-2 – Qaradağ Lökbatan 1:2
Qol: Vidadi Cəfərov, 76-pen – Sabir Allahquliyev, 70; 80.
Hakimlər: İnqilab Məmmədov, Səbuhi Soltanov, Tərlan Talıbzadə, Namiq Bəkirov
"ASCO Arena", 15:00
 
1 aprel
 
MOİK – Sabah-2 0:0
Hakimlər: Rəvan Həmzəzadə, Rahil Ramazanov, Elman Kərimov, Rövşən Rəcəbov
Binə qəsəbə stadionu, 14:30
 
Turan Tovuz – Qarabağ-2 2:2
Qol: Sadiq Şəfiyev, 4. Faiq Hacıyev, 90+2 – Ruslan Bayramov, 11. Seyxan Fərəcov, 86.
Hakimlər: Nicat İsmayıllı, Teymur Teymurov, Ruslan Quliyev, Emin Əliyev
Tovuz şəhər stadionu, 14:30
 
Keşlə-2 – Sumqayıt-2 2:0
Qol: Emin Quliyev, 44. Samir Abdullayev, 81.
Hakimlər: Cavid Cəlilov, Zöhrab Abbasov, Kərim Zeynalov, Rəşad Əhmədov
"ASK Arena", 15:00
 
Neftçi-2 – Kəpəz 2:0
Qol: Nihad Qurbanlı, 61; 64.
Hakimlər: Elvin Bayramov, Cəmil Quliyev, Şirmamed Mamedov, Tural Qurbanov
"Neftçi"nin bazası (4-cü meydança), 15:00
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest