İngiltərədə aşağı liqa komandaları arasında təşkil olunan "Fa Trophy" kubokunda 1/8 final mərhələsinə start verilib. Matc.az saytının məlumatına görə, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin debütantı Sərhat Daşdəmirin formasını geyindiyi "Flayd" klubu ilk görüşünü səfərdə keçirib.

Onun komandası "Ramsbotto"un qonağı olub. Bol qollu keçən oyunda qapılara 10 top vurulub. Qarşılaşma 5:5 hesabı ilə başa çatıb. Start heyətində meydana çıxan Sərhat isə 11 və 47-ci dəqiqələrdə vurduğu qollarla dubla imza atıb.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü fevralın 12-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest