"Real"ın hücumçusu Kərim Benzema La Liqanın 30-cu turunda "Selta" ilə oyunda (2:1) dubl edib. Matc.az Madrid klubunun rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı fransalı futbolçu La Liqada "Real"ın heyətində 215 və 216-cı qollarını vuraraq, sabiq hücumçu Alfredo Di Stefano ilə bərabər "kral klubu"nun bombardirləri arasında üçüncü pilləyə yüksəlib.
 
"Real"ın La Liqada qol sayına görə rekordçusu Kriştiano Ronaldodur (312 qol). Bu göstəricidə ikinci yeri keçmiş hücumçu Raul (228 qol) tutur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest