"Sabah"ın hücumçusu Xulio Sezar Rodriqes Azərbaycan Premyer Liqasının 21-ci turunda "Sumqayıt"a 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra "instaqram" səhifəsində paylaşım edib. Matc.az xəbər verir ki, paraqvaylı futbolçu matçdan şəklini paylaşaraq, "Ən yaxşısı hələ qarşıdadır" yazıb. 
 
"Sabah" Premyer Liqada 29 xalla 5-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest