"Real"ın yarımmüdafiəçisi Federiko Valverde La Liqanın 30-cu turunda "Selta" ilə oyunda (2:1) qazandıqları qələbədən danışıb. Matc.az AS nəşrinə istinadən xəbər verir ki, Valverde "Selta" ilə matçda dubl edən Kərim Benzemanı tərifləyib:
 
"Düzünü desəm, səfərlərdən bir az yorulmuşam. Bu səfərlər uzundur, saatlarla çəkir və bəzən yatmaq çətin olur.
 
Tibo Kurtua və Kərim Benzema bizim üçün çox önəmli futbolçulardır. Benzema bir çox oyunlarda öz səviyyəsini göstərib. O, öz səviyyəsini hər zaman nümayiş etdirməyə hazırdır. Onun etdikləri möhtəşəmdir.
 
"çelsi" ilə çempionlar Liqası oyunları? Bizim üçün bu oyunlar bir qisasdır. Bizdə məqsədə çatmaq üçün əla oyunçular, arzu və motivasiya var".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest