Futbol üzrə Qazaxıstan çempionatında 4-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası - "Turan" da növbəti maçtına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Tobol"la üz-üzə gəlib. Bu görüşdə meydan sahibləri darmadağına seviniblər – 3:0.
 
Emil bu görüşün iştirakçısı olmayıb. Balayevin adı iştirak ərizəsinə də daxil edilməyib.
 
"Turan" 4 turdan sonra cəmi 1 xalla 14 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest